• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan data mərkəzləri üzrə aparıcı şirkətlərlə fəal danışıqlar aparır - Əliyev

Azərbaycan data mərkəzləri üzrə aparıcı şirkətlərlə fəal danışıqlar aparır - Əliyev
26.09.2026 09:40


Azərbaycan məlumat mərkəzləri və süni intellekt infrastrukturunun inkişafı üzrə dünyanın aparıcı şirkətləri ilə danışıqların fəal mərhələsindədir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna dair tədbirdə bildirib.

“Bu üstünlük rəqəmsal inkişaf, məlumat mərkəzləri və süni intellektin inkişafı üçün istifadə olunacaq. Biz artıq dünyanın aparıcı şirkətləri ilə danışıqların çox fəal mərhələsindəyik. Bu, demək olar ki, ikinci prioritetdir”, - Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın enerji ehtiyatlarının və istehsal güclərinin mövcudluğu enerji çatışmazlığı ilə üzləşən regionda məlumat mərkəzlərinin yaradılması üçün rəqabət üstünlüyü təmin edir.

Prezident bildirib ki, Azərbaycanda artıq 200 meqavatlıq enerji saxlama gücü mövcuddur və bu imkanların daha da genişləndirilməsi planlaşdırılır. Bərpa olunan enerji strategiyası elektrik enerjisinin istehsalı ilə yanaşı, onun ötürülməsi və saxlanması sistemlərini də əhatə edir.

Azərbaycan elektrik enerjisinin Avropa və Türkiyə bazarlarına ixracını genişləndirməyi planlaşdırır.
Əliyev həmçinin bildirib ki, “Abşeron” qaz yatağının növbəti mərhələlərinin işlənilməsinə dair imzalanmış müqavilələr Azərbaycanın qaz hasilatını illik beş milyard kubmetrədək artıracaq.

Müvafiq sazişlər bu il Bakı Enerji Həftəsi çərçivəsində imzalanıb.
Prezidentin sözlərinə görə, neft-qaz sektoru investisiyaların həcminə görə Azərbaycan iqtisadiyyatının ən böyük seqmenti olaraq qalacaq.

Gülnar Nazimqızı

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol