Azərbaycanın İlk Mobil Operatoru və
Aparıcı Mobil İnternet Provayderi Bakcell, Sosial və İctimai Psixologiya Tədqiqatları
Mərkəzi (CSPS) ilə birlikdə yeni bir sosial layihənin icrasına başlayıb. Altı
ay davam edəcək bu layihənin əsas məqsədi həssas əhali qruplarında sosial
sahibkarlıq bacarıqlarının artırılması üçün portalın yaradılmasıdır.
Layihə çərçivəsində əlverişsiz sosial şəraitdə
yaşayan, lakin sahibkarlıq və praktik bacarıqları olan şəxslərin iş tapmasına və
ya onların məhsul və xidmətlərinin geniş kütləyə çatdırmasına dəstək göstəriləcək.
Bu təşəbbüs müəyyən müddətdən sonra həmin şəxslərin sosial rifahının yüksəlməsinə
və onların cəmiyyətə uğurlu inteqrasiyasına xidmət edəcək.
Layihənin xüsusi internet səhifəsində
layihə iştirakçıları üçün şəxsi profil yaradılacaq və həmin səhifə vasitəsilə
onlar öz məhsul və xidmətlərini potensial müştərilərə təqdim və təklif edə biləcəklər.
Həmçinin, işəgötürən şirkətlər qeyd olunan sayta daxil olmaqla iştirakçıların
CV məlumatları ilə tanış olub onlarla birbaşa əlaqə yaratmaq imkanına malik
olacaqlar. Layihə iştirakçılarına iş tapmaq və yaxud öz məhsul və xidmətlərini
satmaq imkanını yaratmaqla yeni portal onlar üçün sosial rifahın yüksəldilməsi
və cəmiyyətə uğurlu və sürətli inteqrasiyası üçün lazimi şəraitin yaradılmasını
təmin edəcək.
Yüz nəfərə yaxın iştirakçını əhatə edəcək
bu layihənin ilkin mərhələsində təşkilatçılar portalda yerləşdiriləcək məhsul və
xidmətləri təklif edən həssas əhali qrupların nümayəndələrini müəyyən edəcəklər.
"Özünün geniş miqyaslı korporativ
sosial məsuliyyət proqramı ilə tanınan Bakcell şirkəti xüsusi qayğıya ehtiyacı
olan uşaqlar və digər
həssas əhali qruplarına aid insanlara dəstək göstərmək və
onların rifahını yüksəltmək üçün yeni imkanlar axtarır. Yeni layihə vasitəsilə
biz əlverişsiz sosial şəraitdə yaşayan insanlara iş tapmaqda və öz məhsul və
xidmətlərini təklif etməkdə dəstək göstərəcəyik”, deyə Bakcell şirkətinin
İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar departamentinin rəhbəri
Süheyla Cəfərova bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !