Bakının “28 Mall”unda yanğın - FOTOLAR+YENİLƏNİB

21:23 | 02.01.2015
Bakının “28 Mall”unda yanğın - FOTOLAR+YENİLƏNİB

Bakının “28 Mall”unda yanğın - FOTOLAR+YENİLƏNİB

Bakının "28 may”  metro stansiyası yaxınlığında yerləşən "28 Mall” ticarət mərkəzində baş vermiş yanğın söndürülüb. 

Yanğının səbəbi və dəyən ziyan müəyyənləşdirilir. İlkin versiyaya görə, yanğına səbəb elektrik naqildə qısaqapanma olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.  
 
 
 
 
*** 
 
Bakının Nəsimi rayonunda, "28 may” metro stansiyası yaxınlığında yerləşən "28 Mall” ticarət mərkəzində yanğın başlayıb.

APA-nın məlumatına görə, yanğın binanın üst mərtəbəsində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb olunub. Ticarət  mərkəzində olanlar təxliyə olunub. Baş vermiş yanğının səbəbi hələlik məlum deyil. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
 
Hadisə ilə bağlı əlavə məlumat veriləcək. 


ANN.Az
 
 









0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM