Bakıda Azərbaycan İnvestisiya Forumu keçirilir

10:14 | 17.03.2015
Bakıda Azərbaycan İnvestisiya Forumu keçirilir

Bakıda Azərbaycan İnvestisiya Forumu keçirilir

Bu gün Bakıda Azərbaycan İnvestisiya Forumu öz işinə başlayıb.

"APA-Economics”in məlumatına görə, "The Economist Events” tərəfindən təşkil olunan Azərbaycan İnvestisiya Forumunda Azərbaycan və qlobal iqtisadiyyatın əsas sektorlarını təmsil edən yüksək vəzifəli rəhbərlər, iqtisadçılar, tənzimləyicilər və dövlət qulluqçuları iştirak edir.

Forum "The Economist” jurnalının redaktoru Con Endryusun sədrliyi altında keçir.

Tədbir çərçivəsində Bakıda keçiriləcək I Avropa Oyunları, həmçinin bu layihəyə yatırılan iri investisiyalardan sonra qalacaq irs məsələləri, bu cür iri tədbirə ev sahiblik edən ölkənin nüfuzunun vacibliyinə həsr olunmuş məruzə ilə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun çıxışı gözlənilir.

Bundan başqa, tədbirdə I Avropa Oyunlarının icraçı direktoru Saymon Kleq və Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edəcəklər.

Forumda enerji sektoru - növbəti fəsil: Azərbaycanın iqtisadi qüdrətinin əsasının inkişafı, neft iqtisadiyyatı çərçivəsindən kənar: rəqabətqabiliyyətli mikroəsasın yaradılması, innovasiyalar, sahibkarlıq və diversifikasiya: maneələrin aradan qaldırılması, rəqəmsal əsr: yeni iqtisadiyyat şəraitində texnologiya və telekommunikasiyaların rolu, milli artımı təmin etmək üçün təhsil və tədris, idman tədbirləri: Azərbaycanın dünya arenasında mövqeyi və diversifikasiya: qeyri-neft sektorunun payının artırılması ilə bağlı mövzular müzakirə olunacaq.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb