Bakıda beşqat dünya çempionunu bıçaqladılar - VİDEO

20:16 | 08.05.2015
Bakıda beşqat dünya çempionunu bıçaqladılar - VİDEO

Bakıda beşqat dünya çempionunu bıçaqladılar - VİDEO

Dünən axşam saatlarında Bakıda dünya çempionu bıçaqlanıb. Məlumata görə, hadisə Nizami rayonu ərazisində baş verib.

Pauerliftinq üzrə 5 qat dünya çempionu və 8 qat Avropa çempionu İbrahim İbrahimov dünən "Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən barlardan birinin qarşısında bıçaqlanıb.

Gənclər arasında düşən davada İ.İbrahimovun yanında daha iki nəfər olub. Məlumata görə, qarşı tərəfdə 10-dan çox adam olub. Dava nəticəsində İbrahim İbrahimov bıçaqlanıb və üz nahiyəsində bir neçə zədə alıb. O, hazırda "Semaşko” xəstəxanasında reanimasiyadadır.

Hadisədən sonra Nizami RPİ 25-ci polis bölməsinin əməkdaşları İ.İbrahimovun davada iştirak edən 2 dostunu həbs edib ("Qafqazinfo").
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM