Bakıda Elm Festivalı keçiriləcək

15:31 | 31.10.2014
Bakıda Elm Festivalı keçiriləcək

Bakıda Elm Festivalı keçiriləcək

Bu ilin 10-11 noyabr tarixlərində keçiriləcək Azərbaycanda ilk dəfə olaraq Bakı Elm Festivalı keçiriləcək. APA-nın xəbərinə görə, Bakı Elm Festivalına hazırlıq işləri ilə əlaqədar keçirilən mətbuat konfransında festivalın rəhbəri, AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Təhsil şöbəsinin müdiri Nuridə Quliyeva bildirib ki, bu festival nəinki Azərbaycanda, Qafqaz regionunda ilk dəfədir təşkil olunur. Onun sözlərinə görə, festivala hazırlıq çərçivəsində akademiyanın elmi nailiyyətlərinin təbliği və ölkəmizdə elmə marağın artırılması istiqamətində geniş tərkibli fəaliyyət proqramı hazırlanıb. N.Quliyeva proqramda ölkə alimlərinin ixtiralarına aid eksponatların nümayişi, maraqlı mühazirələr, əyləncəli elmi şouları və muzeylərə ekskursiyalar nəzərdə tutulur: “Tədbirin keçirilməsində məqsəd cavanları elmə cəlb etmək və elmi insanlara daha populyar formada çatdırmaqdır. Bu il bizim festival beynəlxalq deyil, respublika çərçivəsində keçirilir. Festivalın keçirilməsi noyabrın 10-na - “Elm günü”nə təsadüf edir. Festival və konsert proqramları paytaxtın müxtəlif yerlərində, o cümlədən “Akademiya şəhərciyi”nin həyətində, AMEA Mərkəzi Elmi Kitabxanasında, Geologiya və Geofizika, Fizika, Ədəbiyyat və digər institutlarında, universitetlərdə keçiriləcək. Paytaxtın 6, 23 və 132-134 saylı orta məktəblərində də festivalın proqramlarını izləmək mümkün olacaq. Festival çərçivəsində akademiyanın muzeylərinə ekskursiyalar təşkil ediləcək. Tədbirlər hər kəs üçün açıq olacaq. Bu festival hər il eyni tarixdə keçiriləcək və gənclərə əlavə stimul verərək, onların elmə cəlb edilməsinə dəstək olacaq. Festivalda ölkənin 20 ali və 43 orta məktəbi də iştirak edəcək”. Qeyd edək ki, AMEA-nın təşkilatçılığı ilə keçirilən Bakı Elm Festivalının təşkilində Bakı şəhər İcra Hakimiyyəti, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin köməkliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “Azercell”in sponsorluğu ilə keçiriləcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb