Bakıda endirimli kitab yarmarkası başladı

14:52 | 26.07.2014
Bakıda endirimli kitab yarmarkası başladı

Bakıda endirimli kitab yarmarkası başladı

"Qanun" nəşriyyatı bu gün endirimli kitab yarmarkasına başlayıb. Yarmarka iyulun 29-a qədər davam edəcək.Yarmarka iki ünvanda – HÜSEYN CAVİD və ZABİTLƏR parklarında baş tutacaq.Yarmarkalarda 500 addan çox, 10 minə yaxın kitab sərgilənəcək, kitab kataloqları paylanılacaq.Saat 09:00-dan 21:00-a dək davam edən yarmarkada ən müxtəlif kitablar –  dünya klassik ədəbiyyatı, müasir dövrün tanınmış yazıçılarının, biznes və özünüinkişafa aid, uşaq ədəbiyyatı- nağıllar, ensiklopediyalar, boyamalar, eləcə də Azərbaycan yazarlarının kitabları sərgilənəcək.Bakı şəhər İcra hakimiyyətinin razılığı ilə keçiriləcək yarmarka yeni kitabları tanıtmaq, insanları kitaba cəlb etmək, oxucularla kitab mədəniyyəti arasında körpü yaratmağı hədəfləyir.  Kult.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb