Bakıda güləş üzrə Federasiya Kuboku keçiriləcək

11:00 | 13.04.2014
Bakıda güləş üzrə Federasiya Kuboku keçiriləcək

Bakıda güləş üzrə Federasiya Kuboku keçiriləcək

Aprelin 19-dan 22-dək “Bakı” Olimpiya İdman Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək.
ANS PRESS-in Güləş Federasiyasından aldığı xəbərə görə, yarışda Azərbaycan pəhləvanları ilə yanaşı, Belarusiya, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, İran, Tacikistan, İsveçrə, Macarıstan, Latviya, Gürcüstan və Qırğızıstan güləşçiləri iştirak edəcək.
Turnirin proqramına əsasən, aprelin 19-da yunan-Roma güləşi üzrə yeniyetmələr, 20-də yunan-Roma güləşi üzrə gənclər, 21-də sərbəst güləş üzrə yeniyetmələr, aprelin 22-də isə, sərbəst güləş üzrə gənclər mübarizə aparacaq.
Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.
ANS PRESS 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM