Bakıda kütləvi intihara cəhd

17:31 | 29.12.2014
Bakıda kütləvi intihara cəhd

Bakıda kütləvi intihara cəhd

Bu dəqiqələrdə Bakıda bir neçə şəxsin intihara cəhd hadisəsi qeydə alınıb.

ANN.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Suraxanı Rayon Polis İdarəsindən məlumat verilib.

Belə ki, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində 81 saylı sərnişin avtobusunun sonuncu dayanacağının yaxınlığında yerləşən yarımtikili binada 5 nəfər intihar etməyə cəhd göstərib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Xilasedicilər intihar etmək istəyən şəxsləri fikirlərindən daşındırmaq istiqamətində onlarla danışıqlar aparırlar.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM