Bakıda “Novruz Salsa Festivalı” keçiriləcək

13:36 | 19.03.2015
Bakıda “Novruz Salsa Festivalı” keçiriləcək

Bakıda “Novruz Salsa Festivalı” keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Badi-Kuba Salsa Məktəbi 20-22 mart tarixlərində Bakıda II "Bakı Novruz Salsa Festivalı”nı keçirəcək.
 
Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən ANN.Az-a verilən məlumata görə, tədbir ustalıq dərsləri və konsert proqramı olmaqla, iki hissədən ibarətdir.
 
Konsert proqramında xaricdən dəvət olunmuş rəqs müəllimləri və yerli rəqqasların birgə hazırladıqları rəqs nümunələri göstəriləcək.
 
Tədbirə ABŞ, Fransa, Almaniya, Belçika, Polşa, Ukrayna, Türkiyə, Norveç, İtaliya, Gürcüstan, Qazaxıstan və digər ölkələrin dünya şöhrətli müəllimləri dəvət olunub.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb