Bakıda Polyak Musiqisi Günləri keçiriləcək

12:14 | 05.11.2014
Bakıda Polyak Musiqisi Günləri keçiriləcək

Bakıda Polyak Musiqisi Günləri keçiriləcək

Bakıda Polyak Musiqisi Günləri keçiriləcək.  Polşanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbir Polşanın Azərbaycandakı səfirliyi və “PianoClassic” Bədii Cəmiyyətinin təşəbbüsü ilə baş tutacaq.  Polyak Musiqisi Günləri çərçivəsində Polşa Respublikasının 11 noyabr müstəqillik gününə həsr olunmuş konsert təşkil olunacaq. Konsertdə F. Şopen, İ.Y.Paderevski və Y. Beletskinin əsərləri səslənəcək. Konsertdə tanınmış polyak piano ifaçısı Marian Sobula çıxış edəcək. Konsert noyabrın 12-də saat 18:30-da R.Behbudov adına Mahnı Teatrında keçiriləcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb