Bakıda premyera: Motsartın “Fiqaronun toyu” operası - FOTOLAR

16:43 | 02.10.2014
Bakıda premyera: Motsartın “Fiqaronun toyu” operası - FOTOLAR

Bakıda premyera: Motsartın “Fiqaronun toyu” operası - FOTOLAR

Lyubov Qasımova"Həyat qısadır, incəsənət isə əbədidir!"Bu günlərdə Opera və Balet Teatrında Üzeyir Hacıbəyli adına VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində V.A.Motsartın “Fiqaronun toyu” operasının premyerası keçirildi. Operanın quruluşçu rejissoru məşhur ukraynalı opera rejissoru Nikola Tretyakdır.Həmin axşam orkestrə beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev dirijorluq edirdi. Operanın quruluşçu rəssamı  Yusif Babayevdir.Fiqaro partiyasını Ukraynanın əməkdar artisti, beynəlxalq vokalistlər müsabiqəsinin laureatı Dmitri Qrişin, Qrafa Almaviva partiyasını isə Belarusun əməkdar artisti, beynəlxalq vokalistlər müsabiqəsinin laureatı Vladimir Qromov ifa edib.Tamaşada həmçinin Azərbaycanın əməkdar artistləri İnarə Babayeva (qulluqçu Süzanna), Fərid Məmmədov (qrafinya Rozina Almaviva), Səbinə Əsədova (xadimə Marselina), Əkram Poladov (doktor Bartolo) və İlham Nəzərov (paj Kerubino) iştirak ediblər.ANN.AZ
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM