Bakıda "avtoş" polisi vurdu

11:04 | 14.11.2014
Bakıda "avtoş" polisi vurdu

Bakıda "avtoş" polisi vurdu

Nərimanov rayonunda avtoxuliqan xidməti vəzifəsini yerinə yetirən yol polisi əməkdaşını avtomobillə vurub.

ANN.Az APA-ya istinadən xəbər verir ki, VAZ-2107 markalı avtomobil Ağa Nemətulla küçəsindən Yusif Vəzir Çəmənzəminli küçəsinə dönərkən başqa bir avtomobilə çırpılıb. Ərazidə xidmət aparan Yol Patrul Xidmətinin əməkdaşı Yaşar Qocalı hadisə yerindən qaçmaq istəyən “VAZ-2107”-nin sürücüsünə “saxla” əmri verib. Əmrə tabe olmayan sürücü polis əməkdaşını maşınla vurub. Kәllә-beyin travması almış DYP əməkdaşı Kliniki Tibbi Mәrkәzә çatdırılıb. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin növbətçi hissəsinin rəisi İlqar İbrahimovun APA-ya verdiyi məlumata görə, bundan sonra hadisə yerindən uzaqlaşmağa çalışan sürücünü saxlamaq üçün elə həmin küçədə süni tıxac yaradılıb. Tıxacda qalan sürücü yol polisi əməkdaşları tərəfindən saxlanılaraq, Nərimanov Rayon Polis İdarəsinə təhvil verilib.Faktla əlaqədar Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam edir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM