Bakıda rus rəssamın sərgisi olacaq

21:21 | 23.04.2014
Bakıda rus rəssamın sərgisi olacaq

Bakıda rus rəssamın sərgisi olacaq

Sankt-Peterburqun məşhur gənc rəssamı Lada Repinanın "Krallıq" adlı sərgisi keçiriləcək. “Qafqazinfo”nun məlumatına görə, Bakıda "Kukla" ilk ixtisaslaşmış incəsənət qalereyasının bir yaşı qeyd ediləcək. Qalereyanın təşkilatçıları Sankt-Peterburqdan olan məşhur gənc rəssam Lada Repinanın yeni əsərlərinin sərgisini keçiriləcəklər. Lada "Krallıq" adı altında unikal bir kukla seriyası hazırlayıb. "Liliputlar kralı", "Qırmızı Toxmaqlıqadın"adlı əsərlərində rəngarəng, lakin Qofman tərzində mübaliğə ilə dolu bir mövzu açır. Lada Repinanın əsərləri art-obyekt kimi xarakterizə edilə bilər, lakin öz təqdimatına görə müəllif məhdud xəyali təsvirə keçmir, daha çox vizual bədii estetikaya müraciət edir. Qeyd edək ki, sərginin açılışı 23-dən 29-dək davam edəcək. Tədbir Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində keçiriləcək.ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb