Bakıda “Türkiyə Caz Festivalı”nın açılışı oldu

15:00 | 11.10.2014
Bakıda “Türkiyə Caz Festivalı”nın açılışı oldu

Bakıda “Türkiyə Caz Festivalı”nın açılışı oldu

Bakıda Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə keçirilən “Türkiyə Caz Festivalı”nın açılış mərasimi olub.

 

APA-nın məlumatına görə, oktyabrın 16-dək keçiriləcək festivalın açılışında  Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun iştirak edib.

 

Festivalın təşkilatçısı, türkiyəli ifaçı Oya Ergün çıxış edərək bildirib ki, Bakıda festivalın təşkil olunması əlamətdar hadisədir. 

 

Səfir Alper Çoşkun deyib ki, Azərbaycanda caz festivalının keçirilməsindən məmnundur: “Azərbaycanla Türkiyə arasında tarixi qardaşlıq əlaqələrimiz hər sahədə sürətlə inkişaf etməkdədir. Biz sənət və mədəniyyəti birləşdirməyə böyük önəm veririk. Bu dəfə  Türkiyə caz ustadlarını Bakıdakı musiqisevərlərlə görüşdürmək istədik. Azərbaycanda caz musiqisinin təbliği, inkişafı baxımından çox işlər görülüb. İncəsənət sahəsində, ən əsası, caz da daxil olmaqla musiqisi dünyada hörmətlə tanınan Azərbaycanda bu festivalı təşkil etmək bizim üçün böyük bir qürurdur”.

 

Festivalda Türkiyənin məşhur caz ifaçısı Bora Çeliker Bakı musiqisevərləri üçün caz  musiqiləri ifa edib.

 

Qeyd edək ki, festivalın son günü - 16 oktyabrda Azərbaycanda fəaliyyət göstərən məşhur türk ifaçısı  Oya Ergünün konserti olacaq.   

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb