Bakıda yanacaqdoldurma məntəqələri bağlandı - FOTOLAR

09:30 | 03.12.2013
Bakıda yanacaqdoldurma məntəqələri bağlandı - FOTOLAR

Bakıda yanacaqdoldurma məntəqələri bağlandı - FOTOLAR

Yanacağın qiymətinin artırılması xəbəri yayılandan dərhal sonra Bakıdakı yanacandoldurma məntəqələri benzin satışını dayandırıblar.ANN.Az-ın Musavat.com-a istinadla verdiyi xəbərə görə, dekabrın 3-ünün ilk dəqiqələrində bəzi yanacaqdoldurma məntəqələri benzini köhnə qiymətlərlə satıblar. Bunu eşidən sürücülər yanacaqdoldurma məntəqələrinə axın ediblər. Lakin çox keçmədən benzin satışı dayandırılıb, bəzi yanacaqdoldurma məntəqələri isə ümumiyyətlə bağlanıb. Bu səbəbdən yanacaqdoldurma məntəqələrində növbə yaranıb. Gecə işləyən taksi sürücüləri, eləcə də, rayonlara getməyə hazırlaşan avtomobil sahibləri çətin vəziyyətdə qalıblar. Onların benzinin təzə qiymətlərlə satılması ilə bağlı tələbləri də yerinə yetirilmir.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb