Bakıdan Tehrana uçuşların sayı artırılır

14:10 | 05.12.2013
Bakıdan Tehrana uçuşların sayı artırılır

Bakıdan Tehrana uçuşların sayı artırılır

«Azərbaycan Hava Yolları» QSC (Azal) dekabrın 28-dən başlayaraq Bakı-Tehran-Bakı istiqamətində müntəzəm uçuşların sayını artıracaq.

 

ANN.Az-ın «Azal»ın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, həftənin şənbə günləri də daxil olmaqla, Bakıdan təyyarənin uçuş saatı 10:35-də, Tehranda eniş saatı isə 11:15-də olacaq. Eyni zamanda, uçuş cədvəlinə əsasən, Tehrandan uçuş saat 12:35, Bakıda isə eniş saat 13:55-də yerinə yetiriləcək.

 

Heydər Əliyev Beynəlxalq Aeroportundan «APA-Economics»ə bildirilib ki,  «Azal» bu istiqamət üzrə həftənin I, II, V və VIIi günləri saat 00:30-da, həftənin III və IV günləri isə 10:35-də uçuşlar həyata keçirir.

 

Qeyd edək ki, bu marşrutla «Iran Air» aviaşirkəti də uçuş yerinə yetirir: Bakıdan I və IV günlər 20:25-də, şənbə günləri 10:36-da yerinə yetirir.

 

Qeyd edək ki, «Azal» uçuşları yeni aldığı «Embraer» təyyarələri ilə yerinə yetirir. Bakıdan Tehrana aviabiletin qiyməti 180 manat, hər iki istiqamətdə isə 237 manat təşkil edir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM