"Bakı-2015": Üç yığmamız mübarizəni dayandırdı

17:59 | 17.06.2015

"Bakı-2015": Üç yığmamız mübarizəni dayandırdı

"Bakı-2015" I Avropa Oyunlarında kamandan oxatmada komanda yarışları keçirilib.

Qol.Az-ın məlumatına görə, burada kişilər, qadınlar və qarışıq komandalar mübarizə aparıb.

Qadınlardan ibarət Azərbaycan yığmasının çıxışı uğursuz alınıb. Nurlana Vəliyeva, Yaylagül Ramazanova və Olqa Senyukdan ibarət komandamız 1/8 finalda Almaniyaya 0:6 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Kişilərdən ibarət komandamız1/8 finalda İtaliya ilə üz-üzə gəlib. Roman Vengerov, Taaras Senyuk və Aleksey Kopnindən ibarət yığmamız İtaliyaya 4:5 (0:2, 2:0, 2:0, 0:2, əlavə oyun 0:1) hesabı ilə uduzub.   

Olqa Senyuk və Taras Senyukdan ibarət qarışıq yığmamız da 1/8 finalda İtaliya ilə qarşılaşıb. Rəqibinə 0:6 (0:2, 0:2, 0:2) hesabı ilə uduzan yığmamız çıxışını başa vurub. Bununla da, hər üç yığmamız yarışda mübarizəni dayandırıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM