Bakı Ali Neft Məktəbi daha bir şirkətlə əməkdaşlıq edəcək

13:06 | 02.06.2015
Bakı Ali Neft Məktəbi daha bir şirkətlə əməkdaşlıq edəcək

Bakı Ali Neft Məktəbi daha bir şirkətlə əməkdaşlıq edəcək

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov "SOCAR UPSTREAM Management International MMC” şirkətinin İcraçı direktoru Yaşar Lətifovun rəhbərliyi ilə BANM-ə gələn nümayəndə heyətini qəbul edib. Görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı əməkdaşlıq məsələləri, sözügedən şirkətlə Bakı Ali Neft Məktəbi arasında nəzərdə tutulan tərəfdaşlıq imkanları müzakirə olunub. Görüşdə, həmçinin Bakı Ali Neft Məktəbi ilə  "SOCAR UPSTREAM Management International MMC” şirkəti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. Razılaşmanın məqsədi BANM-də müxtəlif ixtisaslar üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək üçün zəruri maddi-texniki, elmi-metodiki və təşkilati tədbirlərin həyata keçirilməsidir. Belə ki, BANM ilə şirkət öz nizamnamələri və səlahiyyətləri çərçivəsində bir sıra sahələr üzrə əməkdaşlıq edəcəklər.

Bununla yanaşı, BANM-də tətbiq edilən tədris proqramları çərçivəsində BANM-in tələbələri üçün şirkətin mütəxəssisləri tərəfindən mühazirələr oxunması, onların müəllim kimi fənlərin tədrisinə cəlb olunması, BANM-in tələbələrinin şirkətin müəssisələrində təcrübə keçməsi,  BANM-in məzunları üçün iş imkanlarının nəzərdə tutulması, BANM-in tələbələrinin yay təcrübə proqramlarında iştirakının təmin edilməsi, tələbələr üçün kursların təşkil edilməsi, mütəxəssis hazırlığının keyfiyyətini yüksəltmək məqsədilə birgə seminarların və ixtisasartırma kurslarının təşkil edilməsi nəzərdə tutulur.

Əməkdaşlıq haqqında razılaşmanı Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və "SOCAR UPSTREAM Management International MMC” şirkətinin İcraçı direktoru Yaşar Lətifov imzalayıblar.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb