Bakı avtovağzalının qarşısındakı sürüşmə zonasında olan yol açılır

23:23 | 31.08.2016
Bakı avtovağzalının qarşısındakı sürüşmə zonasında olan yol açılır

Bakı avtovağzalının qarşısındakı sürüşmə zonasında olan yol açılır

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) qarşısındakı sürüşmə zonasında aparılan bərpa-gücləndirmə işləri yekunlaşıb.

Bu barədə Oxu.Az-a məlumat verən "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib ki, BBAK-in qarşısındakı mövcud avtobus dayanacağına giriş-çıxış yolu və ticarət mərkəzinə (avtobus dayanacağının qarşısından keçən yol) gedən yol tam bərpa olunub.

Anar Nəcəflinin sözlərinə görə, bu gün axşam saatlarından etibarən avtobus dayanacağın yerləşdiyi təxminən 250 metrlik köməkçi yol sürücülərin ixtiyarına veriləcək. 

Qeyd edək ki, "Azəravtoyol” ASC-nin sifarişi ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində baş vermiş sürüşmə zonasında bərkitmə işləri Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON” (keçmiş "Azərkörpü”) tərəfindən aparılıb. 

Yamacın yuxarı hissəsində 5 ədəd, yamacın aşağı hissəsində isə 4 ədəd istinad divarı inşa edilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb