Bakı meri hansı əsasla bu mitinqə icazə verib? - Deputat

13:43 | 06.03.2018
Bakı meri hansı əsasla bu mitinqə icazə verib? - Deputat

Bakı meri hansı əsasla bu mitinqə icazə verib? - Deputat

Seçki Məcəlləsinə əsasən, seçki təbliğatı seçkilərə 20 gün qalmış başlaya bilər. Ancaq Milli Şura adlanan qurum martın 10-da mitinq keçirmək istəyir.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev səsləndirib.

O deyib ki, onda olan məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti bu aksiyanı sanksiyalaşdırıb:

"Qanunun aliliyini istəyən qrup qanunun tələblərini pozmamalıdır. Kimsə düşünməsin ki, mən Əli Kərimlinin mitinqindən narahatam. Əminəm ki, onun aksiyasına heç kim qoşulmayacaq. Oqtay müəllim, Milli Məclis Bakı meriyasından izahat tələb etməlidir”.

Həsənquliyev deyib ki, ölkədə sərbəst toplaşmaq azadlığının işləməsinin tərəfdarıdır:

"Sadəcə olaraq, martın 19-dan sonra aksiyalar keçirilə bilər. Hər gün keçirsinlər. Amma bu, qanunla, martın 19-dan sonra həyata keçirilməlidir”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb