«Bakı Metropoliteni» QSC-də Xocalı soyqırımı qurbanları yad edildi - FOTOLAR

17:15 | 26.02.2016
«Bakı Metropoliteni» QSC-də Xocalı soyqırımı qurbanları yad edildi - FOTOLAR

«Bakı Metropoliteni» QSC-də Xocalı soyqırımı qurbanları yad edildi - FOTOLAR

Bu gün "Bakı Metropoliteni” QSC-də Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
 
Qurumun mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, metropoliten əməkdaşları Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, abidənin önünə gül dəstələri qoydular.
 
Sonra metropolitenin inzibati və texnoloji binasının akt zalında keçirilən tədbirdə soyqırım qurbanları və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
 
Tədbiri giriş sözü ilə açan Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov Xocalı soyqırımını bəşəriyyət tarixində bir xalqa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu qeyd etdi. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri 366-cı motoatıcı hərbi alayının köməyi ilə Xocalı şəhərində dinc əhaliyə amansızcasına divan tutub, nəticədə, 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib, yüzlərlə sakin əsir və girov götürülüb.
 
Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü və ardıcıl işlər aparılır. Heydər Əliyev Fondunun, xüsusən təşkilatın vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış «Xocalıya ədalət» kampaniyası diqqət çəkir. Artıq dünyanın 10-dan artıq ölkəsində bu fakt soyqırım kimi rəsmən tanınır. «Bu gün yayılmış məlumata əsasən, ABŞ-ın Aydaho ştatında da bu qətliam soyqırım aktı kimi qəbul edilir» – deyə Arif Mərdanov bildirdi ki, artıq Amerikanın 21 ştatında Xocalı qətliamı ədalətli qiymətini alıb.
 
Həqiqəti yaymaq üçün müxtəlif vasitələrin, xüsusən də bədii filmlərin rolunu qeyd edən çıxışçı Qarabağ həqiqətlərini dünaya çatdırmaq üçün son illər bu sahədə xeyli irəliləyiş olduğunu xüsusi vurğuladı.
 
Tədbirin sonunda metropolitençilərə Xocalı soyqırımına həsr olunmuş və həqiqi faktlar əsasında lentə alınmış "Xoca” filmi nümayiş etdirildi.
 









www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM