Bakı metrosunda təhlükəsizlik tədbirləri gücləndirildi

10:20 | 05.04.2016
Bakı metrosunda təhlükəsizlik tədbirləri gücləndirildi

Bakı metrosunda təhlükəsizlik tədbirləri gücləndirildi

Bakının metro stansiyalarında sərnişinlərin hərəkətinə polis nəzarəti gücləndirilib.

 Bu gün səhər saatlarından etibarən metronun bütün stansiyalarında polis ciddi yoxlamalara başlayıb. 

Bu barədə məlumatı "Report"a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev də təsdiq edib. 

"Stansiyalara daxil olan hər bir sərnişin xüsusi qurğularla ciddi yoxlanılır. Cəbhədəki vəziyyətlə bağlı metro stansiyalarında baş verə biləcək hər hansı təxribatın qarşısını almaq məqsədilə polis metro stansiyalarında təhlükəsizlik tədbirlərini gücləndirib. Bundan başqa, metronun stansiyalarında giriş-çıxışlarla bərabər,  stansiyaların hər yerində, platformalarına əlavə qüvvələr cəlb edilib".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb