Erməni jurnalist Sarkis Artsruni yazır ki, Azərbaycan Ermənistan qarşısında tələblə çıxış edəcək: "Ya əraziləri qaytar, ya da müharibə başlanır”.
Ermənistan müdafiə nazirinin müavini Artak Zakaryan da Azərbaycan Ordusunun mülki əhalinin qətlinə cavab olaraq erməni hərbi birləşmələrinin çoxsaylı canlı qüvvəsi və hərbi texnikasını məhv etməsini şərh edərkən, "Azərbaycan genişmiqyaslı müharibəyə hazırlaşır”, - deyə narahatlığını gilə gətirib. Bu, İrəvanın siyasi və hərbi rəhbərliyinin təşviş içində olduğunu göstərir.
S.Artsruni bunları qeyd edir: "Əgər həmsədrlər təcili nəsə etməsələr, Qarabağda şiddətli döyüşlər başlanacaq”.
"Azərbaycan güman ki, son şərti irəli sürəcək”, - deyə o vurğulayıb.
"Lragir” saytı da Azərbaycanın Ermənistana "sülh əvəzinə əraziləri qaytarmaq” şərtini irəli sürdüyünü yazıb.
"Vyana görüşü Qarabağda növbəti hadisələrin inkişafını müəyyənləşdirəcək və bu, olduqca gərgin olacaq”, - deyə erməni saytı Bakının səbrinin tükəndiyinə işarə edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !