Bakı-Şarm əl-Şeyx aviareysinin bərpa ediləcəyi vaxt açıqlandı

16:29 | 01.08.2016
Bakı-Şarm əl-Şeyx aviareysinin bərpa ediləcəyi vaxt açıqlandı

Bakı-Şarm əl-Şeyx aviareysinin bərpa ediləcəyi vaxt açıqlandı

Müvəqqəti olaraq dayandırılan Bakı-Şarm əl-Şeyx aviareysi artıq sentyabr ayında bərpa ediləcək.

ANN.Az Report-a istinadən xəbər verir ki, avqustun 1-dən bərpa edilməsi nəzərdə tutulan bu istiqamət üzrə uçuşlar iyulun 4-dən sərnişin azlığı səbəbindən dayandırılıb.

"Air Cairo” aviaşirkəti (Misir) bu marşrut üzrə reysləri sentyabrın 1-dən etibarən yenidən bərpa edəcək.

Qeyd edək ki, bu il Bakıdan Şarm əl-Şeyxə ilk uçuş iyunun 3-də "Silkway Travel” şirkəti tərəfindən təşkil edilib. "Airbus A320” təyyarəsi ilə həftədə bir dəfə olmaqla uçuşları "Air Cairo” aviaşirkəti həyata keçirib. 

Bu istiqamət üzrə saat 09:30-da Bakıdan havaya qalxan təyyarə, yerli vaxtla saat 11:00-da Şarm əl-Şeyxə çatır, əks istiqamətdə isə saat 03:00-da havaya qalxan təyyarə saat 08:30-da Bakıya enirdi. Bu istiqamət üzrə ikitərəfli biletin qiyməti 300 ABŞ dolları təşkil edir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb