Bakı-Sumaqayıt qatarının hərəkət intervalı açıqlandı

11:49 | 05.09.2015
Bakı-Sumaqayıt qatarının hərəkət intervalı açıqlandı

Bakı-Sumaqayıt qatarının hərəkət intervalı açıqlandı

"Azərbaycan Dəmir Yolları" qatarın hərəkət intervalı üçün xüsusi cədvəl hazırlayıb.

Sentyabrın 15 də işə düşəcək Bakı-Sumaqayıt sürət qatarının işləmə intervalı məlum olub. 

ANS PRESS -ə açıqlamasında "Azərbaycan Dəmir Yolları" idarəsinin mətbuat katibi Nadir Əzməmmədov bildirib ki, artıq vaxt cədvəli hazırdır.

"Qatarlar arasında interval pik vaxtlara görə nizamlanacaq. Sumqayıtdan Bakı istiqamətinə səhər saat 6-dən saat 12-yə qədər qatarlar 30 dəqiqə intervalla xidmət gösdərəcək. Əks istiqamətidə isə bu proses saat 16:00-dan 21:00-a kimi davam edəcək."

Nadir Əzməmmədov adi vaxtlarda qatarların 1 saat ara ilə işləyəcəyini bildirdi. 

Mətbuat xidmətinin rəhbəri onu da əlavə etdi ki, Bakı-Sumqayıt istiqamətində kart sisteminin tətbiqi nəzərdə tutulur. Bunun üçün post-terminallar quraşdırılır. 

Sentyabrın 2-də Bakıdan Sumqayıta ilk işçi qatarı yola düşüb. 

İlk işçi qatari ilə QSC-nin rəhbər işçiləri, Sərnişindaşıma, Elektrik-Təchizatı Departamenti, İnfrastruktur Departamenti, Rabitə-Siqnalizasiya departamentinin əməkdaşları və texniki heyət göndərilib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM