Bakı-Sumqayıt qatarlarında yeni qiymət tarifləri açıqlanıb

18:10 | 24.09.2024
Bakı-Sumqayıt qatarlarında yeni qiymət tarifləri açıqlanıb

Bakı-Sumqayıt qatarlarında yeni qiymət tarifləri açıqlanıb


"Azərbaycan Dəmir Yolları” QSC Abşeron dairəvi marşrutu üzrə sərnişindaşımada tətbiq olunacaq yeni tarifləri açıqlayıb. 

ADY-dən verilən məlumata görə, yeni tariflər bu ilin 25 sentyabr tarixindən qüvvəyə minir. 

ADY-nin tətbiq etdiyi məsafə əsaslı tarif siyasətinə əsasən, sərnişinlər minimum 0,40 AZN ödəməklə mənzilbaşına çatacaq ki, bu da ölkədə ictimai nəqliyyat növləri arasında ən aşağı tarifdir. Ümumilikdə Abşeron dairəvi marşrutu üzrə gediş haqları məsafədən asılı olaraq 0,10–0,20 AZN arası artırılacaq.

 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM