Bakı-Tbilisi-Qars layihəsi bahalaşa bilər

15:46 | 12.02.2016
Bakı-Tbilisi-Qars layihəsi bahalaşa bilər

Bakı-Tbilisi-Qars layihəsi bahalaşa bilər

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icra olunduğu ərazilərin relyefi çox çətindir.

ANN.Az APA-ya istinadən xəbər verir, bu barədə Tiflisdə keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə üçtərəfli Koordinasiya Şurasının iclasından sonrakı mətbuat konfransında Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Nazir bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi olduqca mürəkkəb prosesdir. Nəqliyyat nazirinin sözlərinə görə, Bakı-Tbilisi-Qars layihəsi 2017-ci ilin əvvəlində tam istismara veriləcək:

"Qeyd edilən dövrdən etibarən qatarların hərəkəti, yükdaşımalar və sərnişin daşımaları təmin olunacaq. Bir sözlə, Avropa və Asiya arasında yeni bir pəncərə açılır”.

Z. Məmmədov bildirib ki, hazırda Bakı-Tbilisi-Qars layihəsinin ümumi dəyəri 775 mln. dollar təşkil edir.

"Mütəxəssislərin araşdırmalarına görə, görülən işlərin maya dəyəri artacaq. Qlobal iqtisadiyyatda baş verən proseslər səbəbindən layihənin reallaşmasında istifadə olunan materiallar bahalaşır.

İstənilən şəkildə qiymət artımı araşdırılacaq və nəticələr hökumətə təqdim olunacaq”, - deyə Z. Məmmədov bildirib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb