Bakıda 2100 tonluq körpü tikildi

17:15 | 05.11.2019
Bakıda 2100 tonluq körpü tikildi

Bakıda 2100 tonluq körpü tikildi

Bakıda yeddi  ulduzli La Luna otelinin qoşa qüllələrini birləşdirən  120 metr yüksəklikdə  körpü inşa edilib.
 
Bu barədə ”Ale”  Britaniya şirkətinin  saytında yerləşdirilən press-relizdə məlumat verilib.
 
Yeni "Crescent Bay” kompleksinin bir  hissəsi olan 28 mərtəbəli La Luna oteli aypara formasındadır  və 125 min kv.m. sahəni əhatə edir.  
 
Şirkətin bildirdiyinə görə, əyri formalı körpünün inşası üçün xüsüsi metoddan istifadə edilib.
 
Bu,  fərqli üsulla 120 metr yüksəklikdə tikilən ən ağır körpüdür.
 
Otel 2021-ci ildə istifadəyə veriləcək.
 
Şirkət rəsmiləri əlavə ediblər ki, layihənin çərçivəsində iki digər sifariş də icra olunacaq.
 
Tərcümə: Cavid Zahidoğlu

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM