Bakıda avtobusda qeyri-adi sərnişin – Video

23:45 | 18.03.2019
Bakıda avtobusda qeyri-adi sərnişin – Video

Bakıda avtobusda qeyri-adi sərnişin – Video

Bakıda avtobusda qəribə olay baş verib.
Bizimyol.info xəbər verir ki, olay "BakuBus” MMC-yə məxsus 5 nömrəli marşrut avtobusunda qeydə alınıb. Belə ki, meymun avtobusun sərnişini olub.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bizimyol.info-ya bildirilib ki, qaydaları pozan sərnişin məsuliyyətə cəlb olunacaq: "Nazirlər Kabinetinin bağac və sərnişindaşımaları haqqında müvafiq qərarı var. Həmin qərarada da avtobusda heyvanların daşınması ilə bağlı məsələlər açıq şəkildə əksini tapıb. Sərnişin sanitar və baytarlıq normalarına riayət etməklə heyvanları daşıya bilər. Bu videoda görünən mənəzərə bu qaydaların pozulmasıdır və bunu edən sərnişin də İnzibati Xətalar Məcəlləsinə görə məsuliyyət daşıyır. Bu məsələ artıq nəzarətə götürülüb və araşdırılacaq. Nəticəyə uyğun da tədbir görüləcək”.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb