Bakı şəhər Narkoloji Dispanserində vətəndaşlardan qeydiyyatda
olub-olmamaları barədə arayış verilməsi üçün pul istənilməsi barədə Bakı şəhər
sakinindən 161 nömrəli "Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciət Baş
prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Səhiyyə Nazirliyi
tərəfindən araşdırılmışdır.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhər Baş
Səhiyyə İdarəsinin Şəhər Narkoloji Dispanserinin baş həkimi Hüseyn Həsənovun
2017-ci ilin yanvar-fevral aylarında qeyd olunan müəssisədə tibb qeydiyyatçısı
işləyən Mətanət Şamçiyevanın vasitəsi ilə narkoloji xəstəliklə əlaqədar
qeydiyyatda olub-olmamaları barədə arayışların verilməsi müqabilində ayrı-ayrı
şəxslərdən müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 3190 manat məbləğində pulu
rüşvət kimi tələb edib almasına şübhələr üçün əsaslar olduğundan Baş prokuror
yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmışdır.
Hüseyn Həsənova Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi
ilə ittiham elan olunmaqla barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və o, Səhiyyə Nazirinin
müvafiq əmri ilə tutduğu vəzifədən azad edilmişdir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !