Bakıda bu obyekt 37 milyona satışa çıxarıldı

09:31 | 16.03.2018
Bakıda bu obyekt 37 milyona satışa çıxarıldı

Bakıda bu obyekt 37 milyona satışa çıxarıldı

Bakıda Bakıxanov qəsəbəsində yerləşən "Fındıq yetişdirilməsi və emalı əmlak kompleksi” hərraca çıxarılıb. 

"Qafqazinfo” xəbər verir ki, bu qeyri-yaşayış sahəsi üzrə hərrac aprelin 9-da keçiriləcək. Əmlak kompleksinin hərracı açıq formada keçiriləcək. İlkin qiymət - 37 744 000 (otuz yeddi milyon yeddi yüz qırx dörd min) manatdır. 

Əmlak kompleksinin tərkib hissəsi olan torpaq sahələrinin dəyəri - 10536603 manat, binalar, tikililər və tamamlanmamış tikilinin dəyəri 18950826 manat, nəqliyyat vasitələri, texnika və avadanlıqlar, digər aktivlər isə 8256571 manatdır. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM