Bakıda böyük tikinti başladı

17:04 | 15.04.2016
Bakıda böyük tikinti başladı

Bakıda böyük tikinti başladı

Səbail rayonunda mənzil tikintisi ilə bağlı yerli sahibkarlar tərəfindən yeni layihələrə başlanıb və artıq ilk nəticələr var.

Oxu.Az xəbər verir ki, bu sözləri Səbail Rayon İcra Hakimiyyətində 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzfələrə həsr olunmuş yığıncaqdakı çıxışında rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov deyib. 

O, bildirib ki, artıq bu istiqamətdə xeyli iş görülüb, 9-dan çox layihəyə baxılaraq təsdiq olunub və bu prosses davam edir. 

Bu işlərin həyata keçirilməsi ilə bir sıra istehsal sahələrinin bu layihələrə cəlb olunması, yeni iş yerlərinin açılması və ən əsası sakinlərimizin işlə təminatı məsələləri öz həllini tapacaq. 
Bildirilib ki, artıq tikinti sektorundakı işlərə maraq xeyli artıb. Bu da ölkədə gedən islahatlarla birbaşa bağlıdır.

Toplantıda aprel ayının ilk günlərində cəbhənin təmas xəttində ermənilərin silahlı təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM