Bakıda daşınmaz əmlak bazarında növbəti ucuzlaşma

23:20 | 23.09.2016
Bakıda daşınmaz əmlak bazarında növbəti ucuzlaşma

Bakıda daşınmaz əmlak bazarında növbəti ucuzlaşma

Bakıda daşınmaz əmlak bazarında qiymətlər 2016-cı ilin avqustunda iyulla müqayisədə 0,74 faiz azalıb.
 
Bu barədə Trend-ə "MBA Group" şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, iyulda cüzi artımdan sonra avqustda qiymətlər yenidən aşağı düşməyə başlayıb: "Qiymətlər 2016-cı ilin əvvəlinə olan göstərici ilə müqayisədə 27,85 faiz, 2015-cu ilin avqust ayının göstəricisi ilə müqayisədə isə 28,74 faiz azalıb".

Ekspert qeyd edib ki, ümumilikdə daşınmaz əmlak bazarında qiymətlərin enməsi ilkin mənzil və kommersiya obyektlərinin seqmentindəki ucuzlaşma ilə bağlıdır: "Avqustda ilkin mənzil bazarında əvvəlki aylarla müqayisədə 3,47 faiz azalma müşahidə edilib, ilin əvvəlində isə qiymətlər 24,53 faiz azalıb. Kommersiya obyektlərinə gəlincə, burada ilin əvvəlindən qiymətlər 22,36 faiz, avqustda isə 6,69 faiz azalma müşahisə olunub".

N.İbrahimov əlavə edib ki, torpaq sahələri bazarında isə qiymətlər iyulla müqayisədə 0,66 faiz, kommersiya obyektlərinin icarəsi bazarında isə 1,69 faiz azalıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM