Bakıda evə çağırılan həkimi şoka saldılar - VİDEO

10:00 | 09.07.2015
Bakıda evə çağırılan həkimi şoka saldılar - VİDEO

Bakıda evə çağırılan həkimi şoka saldılar - VİDEO

Faktla bağlı Səhiyyə Nazirliyinin rəhbərliyi, Daxili İşlər Nazirliyinə rəsmi şəkildə müraciət edib.

Xəzər rayonu, Binə qəsəbəsi, Yeni Sahə adlanan ərazisində 10 saylı təcili tibbi yardım stansiyasının həkimi Şəfəq Alıyevanın boğazına bıçaq dirənilib.

Çağırış zamanı əraziyə gedən həkim xəstə Cahangir Əliyevə tibbi yardım göstərib. Bu zaman xəstənin oğlu həkimlərin gec gəldiyini deyərək həkimin boğazına bir neçə dəfə bıçaq dirəyib və kəsəcəyilə hədələyib.

Hadisə barədə həkimlər polisə müraciət ediblər və təcili tibbi yardım maşını ilə stansiyaya qayıdıblar. Məlumatda bildirilir ki, həkimi hədələyən şəxs həkim briqadasının dalınca gələrək yenidən hədə-qorxu gəlib.

Təcili Təxirəsalınmaz Tibbi Yardım stansiyasının baş həkimi Rauf Nağıyev baş vermiş hadisəyə aydınlıq gətirib:

"Təcili tibbi yardım zamanı bu cür hallara tez-tez rast gəlinməsə də təssüf ki, belə hallar baş verir. Faktla bağlı Səhiyyə Nazirliyinin rəhbərliyi, Daxili İşlər Nazirliyinə rəsmi şəkildə müraciət edib. Çağrışın stansiyaya daxil olması və briqadanın ünvana çatması 15-20 dəqiqə vaxt alır. Xəstənin adamlarına bu müddət bir qədər uzun gəlir. Tutaq ki, gecikmə halı baş veribsə belə həkimə güc tətbiq etmək qanunla yol verilməzdir”.

Hazırda faktla bağlı Xəzər Rayon Polis İdarəsinində araşdırma aparılır.
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM