Bakıda faciəvi hadisə - Daha bir ana doğuş zamanı öldü

10:13 | 25.05.2019
Bakıda faciəvi hadisə - Daha bir ana doğuş zamanı öldü

Bakıda faciəvi hadisə - Daha bir ana doğuş zamanı öldü

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

anews.az xəbər verir ki, dünən Pirallahı qəsəbəsində yerləşən 10 saylı Birləşmiş Şəhər xəstəxanasına 1985-ci il təvəllüdlü Əsgərova Samirə Yusif qızı gətirilib.

Qadının əməliyyat yolu ilə uşaq dünyaya gətirməsinə qərar verilib və o, saat 15-də əməliyyatxanaya aparılıb. Lakin 34 yaşlı qadın saat 17 radələrində doğuş zamanı qanitirmədən ölüb.

Bildirilir ki, doğuş zamanı asfiksiya (kəskin tənəffüs çatışmazlığının ən ağır formasıdır -red.) ilə oğlan dünyaya gəlib. Hazırda körpənin vəziyyəti orta-ağırdır.

(publika)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb