Bakıda hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq

14:20 | 09.05.2018
Bakıda hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq

Bakıda hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq

Faşizm üzərində qələbənin 73-cü ildönümü münasibətilə saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, orkestrlər şəhərin müəyyən edilən 5 nöqtəsində çıxış edəcək.

Çıxışlar Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında), Əhmədli qəsəbəsi Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında,  Zərifə Əliyeva parkında, Zabitlər parkında və Fəvvarələr meydanında olacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb