Bakıda kənd təsərrüfatı sərgisi

09:35 | 21.05.2015
Bakıda kənd təsərrüfatı sərgisi

Bakıda kənd təsərrüfatı sərgisi

Bu gün Bakıda 9-cu beynəlxalq "Kənd təsərrüfatı” ("CaspianAgro 2015”) sərgisi açılıb.

Oxu.Az xəbər verir ki, sərginin təşkilatçıları qismində isə "Iteca Caspian” və "ITE Group” şirkətləri çıxış edirlər.

Hər il keçirilən bu sərgidə həm Azərbaycan, həm də dünya ərzaq bazarının aparıcı qida məhsulları istehsalçıları, distribyutorları və təchizatçıları iştirak edirlər.

Bu il sərgi iştirakçılarının ümumi sayı 250 şirkətdən çox olacaq və sərgidə Belarus, Bolqarıstan, Almaniya, Hindistan, İtaliya, İspaniya, Qazaxıstan, Koreya, Litva, Niderland Krallığı, Polşa, Rusiya, Serbiya, Türkiyə, Ukrayna, Fransa, Çexiyadan və digər ölkələrin şirkətləri təqdim olunacaq.

Avstraliya, Argentina, Belarus və Litva isə dövlət dəstəyi və peşə birliklərinin koordinasiya xidmətləri sayəsində təşkil edilmiş milli ekspozisiyalarla iştirak etməyi planlaşdırırlar. Sərginin ənənəvi bölmələrində balıq, mal / qoyun / quş əti, konservləşdirilmiş süd məhsulları, baqqaliyyə və qənnadı məmulatları, soyuducu sistemlər, içkilər və bir çox digər məhsullar təqdim olunacaq.

Sərgidə çörəkxanalar üçün avadanlıq və qablaşdırma avadanlıqlarını da görmək mümkün olacaq.

Beləliklə, "WorldFood Azerbaijan” sərgisi beynəlxalq müstəvidə əməkdaşlıq əlaqələrinə və ərzaq məhsulları çeşidini zənginləşdirməyə imkan yaradaraq Azərbaycanın qida sənayesində investisiya həcminin artırılmasına və ən yeni texnologiyaların tətbiqinə şərait yaradacaqdır.

Qeyd edək ki, sərgi bu gündən mayın 23-dək  ənənəvi olaraq Bakı Ekspo Mərkəzində keçirilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb