Bakıda simli kvartetin konserti keçirildi - FOTOLAR

18:14 | 29.02.2016
Bakıda simli kvartetin konserti keçirildi - FOTOLAR

Bakıda simli kvartetin konserti keçirildi - FOTOLAR



Ötən bazar günü Kamera və orqan musiqisi zalında (Kirxa) Azərbaycan Dövlət Simli Kvartetinin konserti keçirildi, kvartetə Azərbaycanın xalq artisti Uran Seyidov (birinci skripaç), Soltan Məmmədov (ikinci skripaç), respublikanın əməkdar artistləri Vaxtanq İmanov (alt) və Alesey Miltıx (violençel) daxil idi. Gecənin solistləri isə tanınmış azərbaycanlı pianoçu Səidə Tağızadə, azərbaycanlı vokalçı "Üns" yaradıcılıq səhnəsinin, Azərbaycan Opera və Balet teatrının, Azərbaycan xor kapellasının vokalçısı İlham Nəzərov və onun gənc və perspektivli tələbəsi İslamə Abdullayeva idilər. Konsertin proqramına həm Azərbaycan, həm də xarici bəstəkarların əsərləri daxil idi, yeri gəlmişkən, ifa edilən əsərlərin əksəriyyəti ilk dəfəydi səsləndirilirdi. 

Ürəklərin klassik musiqi sevdası hökmranlıq edən çox sayda insan bu fevral gecəsində bütövlükdə zalı doldurmuşdular, əsl anşlaq idi. 

Konsert gecəsində çəkilən şəkilləri oxucularımıza təqdim edirik. 

Xoş seyrlər: 
 
































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM