Bakıda sürücü yol polisinin üstünə maşın sürüb qırmızı işıqdan keçdi – VİDEO

19:57 | 03.10.2016
Bakıda sürücü yol polisinin üstünə maşın sürüb qırmızı işıqdan keçdi – VİDEO

Bakıda sürücü yol polisinin üstünə maşın sürüb qırmızı işıqdan keçdi – VİDEO

Bakıda yol polisini və svetoforun qırmızı işığını saymayan sürücülər də var. Onlardan biri də "Toyota Land Gruiser” markalı, 99 GV 901 dövlət nömrə nişanlı avtomobilin sürücüsüdür.

ANN.Az Avtosfer.az saytına istinadən xəbər verir ki, sürücü sentyabrın 1-də Kliniki Tibbi Mərkəzin qarşısında eyni vaxtda iki qayda pozuntusuna yol verib.

Belə ki, sürücü yaxınlaşmaqda olan iki nəqliyyat vasitəsinin yoluna çıxır. Onlardan birincisi 99 YP 445 dövlət nömrə nişanlı DYP avtomobilidir. Hansı ki, DYP avtomobilinin üzərində sayrışan işıqlar yanır və bu zaman digər nəqliyyat vasitələri ona yol verməli idi. "Toyota” nın sürücüsü isə maşını hətta DYP avtomobilinin üstünə sürərək onu qoşa xəttin tələbini pozmağa məcbur edir. Videodan da göründüyü kimi, patrul avtomobili toqquşmadan yayınmaq üçün qoşa xəttin üstünə çıxır. Lakin maraqlıdır ki, DYP əməkdaşları həmin avtomobili saxlatdırıb cərimə yazmırlar və hərəkəti davam etdirirlər. Bunun ardınca arxadan "Mercedes” markalı avtomobil yaxınlaşır və "Toyota”nın sürücüsü ona da yol verməyərək saymazyana şəkildə yola çıxır. Qarşıda svetoforda dayanan "Toyota” az sonra piyada keçidinin üstünə çıxır. Bununla da ürəyi soyumayan sürücü qırmızı işığın yaşıla keçməsinə 11 saniyə qalmış hərəkəti davam etdirir. Vəziyyət o yerə çatır ki, bu görüntülərin qeydə alındığı avtomobildə olan 9 yaşlı uşaq həmin avtomobilin svetoforun qırmızı işığında hərəkət etdiyini dərhal başa düşüb "qırmızıdan keçdi” deyərək fikrini bildirir.

Yəqin ki, bir dəqiqədə 4 dəfə qayda pozun bu sürücü ilə bağlı tədbir görüləcək və o, bir daha cəmiyyətə pis nümunə olmayacaq. Elə bu sürücüyə göz yuman yol polisi əməkdaşları ilə bağlı da tədbir görülməlidir…
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM