Bakıda Ukrayna Dövlət Bayrağı Günü qeyd olunub

20:20 | 23.08.2017
Bakıda Ukrayna Dövlət Bayrağı Günü qeyd olunub

Bakıda Ukrayna Dövlət Bayrağı Günü qeyd olunub

Tədbirdə səfirlik işçiləri, onların ailələrinin üzvləri, həmçinin Azərbaycandakı Ukrayna diasporunun nümayəndələri iştirak ediblər.

Ukraynanın Azərbaycandakı səfirliyində Ukrayna Dövlət Bayrağı Günü münasibətilə təntənəli tədbir keçirilib.

"Report" xəbər verir ki, əvvəlcə Ukraynanın dövlət himni səslənib, sonra ölkənin bayrağı qaldırılıb.

Sonra Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko çıxış edərək, dövlət bayrağının təsdiqlənməsinin tarixindən, Azərbaycan-Ukrayna münasibətlərinin inkişafından danışıb.

Qeyd edək ki, tədbirdə səfirlik işçiləri, onların ailə üzvləri, həmçinin Azərbaycandakı Ukrayna diasporunun nümayəndələri iştirak ediblər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM