Bakıda VII Avropa kino festivalı keçiriləcək

22:14 | 28.07.2016
Bakıda VII Avropa kino festivalı keçiriləcək

Bakıda VII Avropa kino festivalı keçiriləcək

Bu il noyabrın 3-də Bakıda Avropa kino festivalı  start götürəcək.
 
APA-nın xəbərinə görə, bununla bağlı "Park Cinema” kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyevlə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin siyasət, iqtisadiyyat, mətbuat və informasiya şöbəsinin rəhbəri Auşra Raişite-Daukantien arasında keçirilən görüşdə razılığa gəlinib. Sayca 7-ci olan festival 10 gün davam edəcək.
 
Qeyd edək ki, 2015-ci ildə VI Avropa kino festivalının proqramına 16 ölkədə - Almaniya, Finlandiya, Çexiya, Böyük Britaniya, Avstriya, Xorvatiya, Belçika, Rumıniya, İtaliya, Estoniya, Fransa, İspaniya, Latviya, Macarıstan, Bolqarıstan, İsveç və əlbəttə ki, Azərbaycanda istehsal olunmuş filmlər daxil edilib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb