Bakıda yeni avtobuslar istifadəyə verildi

16:00 | 06.09.2015
Bakıda yeni avtobuslar istifadəyə verildi

Bakıda yeni avtobuslar istifadəyə verildi

BakuBus MMC Bakıda bir nömrəli marşrut xətti üzrə "İveco” markalı yeni avtobusları istifadəyə buraxıb. 


ANN.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə MMC-nin direktor müavini Vüsal Kərimli deyib.


Onun sözlərinə görə, avtobuslar Koroğlu metro stansiyasından "28 may" metro stansiyasına qədər və əks istiqamətə hərəkət edəcəklər. Avtobusların iş qrafiki 6:00-dan 00:00-ə qədər müəyyən edilib. Bu xəttə birinci mərhələdə 14 avtobus buraxılıb. Sərnişinlərin sayından asılı olaraq gələcəkdə avtobusların sayı ya artırılacaq və ya azaldılacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM