Bakıdan gedən qatarda yanğın - Video

09:12 | 21.05.2015
Bakıdan gedən qatarda yanğın - Video

Bakıdan gedən qatarda yanğın - Video

Bakı-Yalama istiqamətində hərəkət edən qatarda yanğın hadisəsi meydana gəlib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Azərbaycan dəmir yolunun Xızı rayonundan keçən hissəsində Keşlədən Yalama istiqamətində hərəkətdə olan sərnişin qatarında yanğın baş verib. Bu barədə faktı Xızı rayonu İcra hakimiyyəti başçısının müavini Arzu Əzizov da təsdiqləyib.

O, bildirib ki, yanğın dəmiryolunun Sitalçay və Yaşma qəsəbələri ərazisində meydana gəlib. Üç vaqonda yanğın baş verib və bütün sərnişinlər vaqondan dərhal təxliyyə edilib, daha sonra yanğının qarşısı alınıb.

Bundan başqa, icra haakimiyyəti rəsmisi həmçinin, artıq qatarda hərəkətin bərpa olunduğunu da sözlərinə əlavə edib.

Qeyd edək ki, hadisə zamanı xəsarət alan olmayıb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb