Bakıdan İrəvana sarsıdıcı zərbə

11:27 | 02.06.2017
Bakıdan İrəvana sarsıdıcı zərbə

Bakıdan İrəvana sarsıdıcı zərbə

Azərbaycan Ermənistana daha bir zərbə vurub.

Publika.az xəbər verir ki, mayın 10-13-də BMT yanında Ümumdünya Turizm Təşkilatının (ÜTT) Madriddə 105-ci iclası keçirilib.

İclasda Ermənistan qondarma "DQR”-i təşkilatın üzvü etmək istəyi ilə çıxış edib. Azərbaycan tərəfinin etirazlarından sonra ÜTT ermənilərin istəyini rədd edib.

"Bu Azərbaycanın beynəlxalq müstəvidə Ermənistan üzərindəki növbəti qələbəsidir”.

Bu sözləri Ermənistanın "Aravot” qəzeti yazıb. Məqalənin müəllifi Nelli Qriqoryan qeyd edib ki, Bakı İrəvanın təşəbbüslərinin qarşısını kəsdi və Ermənistanı növbəti dəfə təcrid etdi.

"Bundan əvvəl ATƏT-in İrəvan ofisi Bakının tələbi ilə bağlandı. İndi də bu, baş verdi. Burada ən təhlükəli məqam erməni diplomatiyasının fərasətsizliyidir”, - deyə erməni jurnalist vurğulayıb.

N.Qriqoryan "hətta Ermənistan Qarabağla bağlı hansısa məsələni Günəş sistemində qaldırsa belə, Azərbaycan bunun qarşısını kəsəcək” deyə məcazi mənada qeyd edib.

"Azərbaycan Ermənistana daha bir zərbə endirdi və İrəvan bu zərbədən yıxıldı”, - deyə o diqqətə çatdırıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb