Bakının əsas prospektlərinin birində tıxac

08:37 | 29.03.2016
Bakının əsas prospektlərinin birində tıxac

Bakının əsas prospektlərinin birində tıxac

 Bakıda müşahidə edilən yağışlı hava bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətində sıxlıq yaradıb.

"Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, hazırda Babək prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində, həmçinin Yusif Səfərov küçəsinin Üzeyir Hacıbəyov küçəsi ilə kəsişməsində maşınların tıxacı müşahidə edilir.

Eyni zamanda A. Bakıxanov küçəsində (Dədə Qorqud parkı istiqamətində), Ziya Bünyadov prospektində (20 Yanvar Dairəsinə doğru) və Afiyəddin Cəlilov küçəsində nəqliyyat vasitələrinin intensiv hərəkəti qeydə alınıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb