Bakının iki böyük prospektində sıxlıq

09:41 | 05.01.2016
Bakının iki böyük prospektində sıxlıq

Bakının iki böyük prospektində sıxlıq

Bu gün səhər saatlarından Bakının Nobel prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

"Report" xəbər verir ki, bir həftədir dörd zolaqlı yolun iki zolağında nəqliyyatın hərəkəti təmir işləri ilə əlaqədar məhdudlaşdırılıb. Nəticədə, ancaq iki zolağı üzrə hərəkət etməli olan avtomobillərin sıxılığı yaranır.

Bundan başqa, eyni vəziyyət Neftçilər prospektində də müşahidə edilir. Belə ki, prospektin iki hərəkət zolağında hazırda təmir işləri görülür. Bununla əlaqədar, ərazidə nəqliyyatın hərəkətində sıxlıq yaranır. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM