Bakının mərkəzi küçələrində qadın qətlləri ilə bağlı aksiya keçirilib- FOTOLAR

17:52 | 26.08.2021
Bakının mərkəzi küçələrində qadın qətlləri ilə bağlı aksiya keçirilib- FOTOLAR

Bakının mərkəzi küçələrində qadın qətlləri ilə bağlı aksiya keçirilib- FOTOLAR

Qadın qətllərinə diqqət çəkmək üçün Bakının Nizami küçəsindən başlayaraq Elmlər Akademiyası metosunadək 500-dən çox stiker yapışdırdıq, bunu NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvlərindən biri anews.az-a deyib.
 
"Bizim bu aksiyanı keçirməkdə məqsədimiz odur ki,Azərbaycanda qadın qətlləri,İstanbul konvensiyasının qəbul edilməməsi, qadınlara qarşı şiddət ən böyük problemlərdəndir".
 
O söyləyib ki, aksiyada sırf stikerlərdən istifadə olunması NİDA-nın keçmiş təcrübəsinin də ciddi rolu oldu. İctimai fəalın sözlərinə görə, 2011-ci ildə NİDA stiker aksiyası ilə yadda qalıb və bu aksiya ilə ənənəni davam etdiriblər.

NİDA Vətəndaş Hərəkatı — Bakıda bir qrup gənc tərəfindən 2011-ci ilin fevralında qurulmuş vətəndaş hərəkatıdır. Hazırda təşkilat 100-ə yaxın gənci öz ətrafında birləşdirir.
 
Azərbaycan Respublikasının Baş Prokurorluğundan verilən məlumata görə, 2021-ci ilin I yarımili ərzində 33 qadın baş vermiş qəsdən adam öldürmə cinayətlərinin qurbanı olub.
 
Samirə Əli
 






 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb