• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının mərkəzində güclü partlayış - Ölən və yaralanan var

Bakının mərkəzində güclü partlayış - Ölən və yaralanan var
03.04.2022 04:32
Bakının mərkəzində güclü partlayış olub.

Partlayış Səbayel rayonu, Tərlan Əliyarbəyov 13a ünvanında fəaliyyət göstərən gecə klubunda qeydə alınıb.

Hadisə propan qaz balonunun partlaması səbəbindən baş verib. Olay dağıntılara səbəb olub, mülki obyektlərə və avtomobillərə ciddi ziyan dəyib. Partlayış yanğınla nəticələnib.
 
Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətindən (TTTYX) verilən ilkin məlumata görə, indiyə qədər 6 yaralı 1 Saylı Şəhər Xəstəxanasına, 25 yaralı isə Yanıq mərkəzinə yerləşdirilib.

Qeydə alınan hadisə zamanı Fətullazadə Ayxan Eldar oğlu (2001-ci il təvəllüdlü), Aslan Quliyev, Cəfərov Rauf Rüfət oğlu, Əsədzadə Rufanə Mais qızı, Məhərrəmov Ramil Ayətşah oğlu (1987-ci il təvəllüdlü), Əliyeva Sülhanə İlham qızı (1987-ci il təvəllüdlü) xəsarət alıblar. Yaralılar 1 saylı Şəhər Klinik Xəstəxanasına (Semaşko) yerləşdiriliblər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisə yerinə şəhər üzrə zəruri olan təcili və təxirəsalınmaz tibbi yardım briqadaları göndərilib.
 
"Hadisə yerində 35 Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadası işləyir. Təcili yardım briqadalarından verilən məlumata görə saat 04:20 üçün 24 nəfər (13 kişi, 11 qadın) hospitalizasiya edilib. Hadisə yerində xidmət göstərən briqadalarla mütəmadi əlaqə var. Zəruri olan bütün tədbirlər görülməkdədir. İctimaiyyətə əlavə məlumat veriləcək", nazirlikdən bildirilib.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, ilkin məlumata görə, hadisə yerinə polis əməkdaşları cəlb olunub. Araşdırma aparılır.
 
"Azəriqaz" İB məsələsi bağlı açıqlama yayıb.
 
"Böyük ehtimal olunur ki, hadisə propan qaz balonunun partlaması səbəbindən baş vermişdir.Təhlükəsizlik məqsədilə ərazidə təbii qazın təchizatı dayandırılmışdır.Hadisə yerinə işçilərimiz tərəfindən baxış keçirilərkən obyektdən 3 ədəd propan qaz balonu aşkar edilmişdir, 1 ədədi partlamış vəziyyətdə. Sözü gedən obyekt Azəriqaz abonenti deyil, eyni zamanda yeraltı qaz kəməridə mövcud deyildir", açıqlamada deyilir.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Bakı Şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov hadisə yerindədir.





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak edəcəkmi?
Cəmiyyət 12:33
Müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak edəcəkmi?
Azərbaycan Cənubi Qafqazda IQ səviyyəsinə görə sonuncu yerdədir
Cəmiyyət 12:03
Azərbaycan Cənubi Qafqazda IQ səviyyəsinə görə sonuncu yerdədir
Rüfət Səfərovun həbsinin ailəsi ilə əlaqəsi yoxdur - Hüquq müdafiəçisinin anası
Cəmiyyət 16:21
Rüfət Səfərovun həbsinin ailəsi ilə əlaqəsi yoxdur - Hüquq müdafiəçisinin anası
“Tərtər işi” üzrə təqsirləndirilənlərin cəzası azaldılıb
Cəmiyyət 18:24
“Tərtər işi” üzrə təqsirləndirilənlərin cəzası azaldılıb
PMI gəlirinin 38%-ni tüstüsüz məhsullardan əldə edir
Cəmiyyət 14:28
PMI gəlirinin 38%-ni tüstüsüz məhsullardan əldə edir
“Exit poll” nəticələri açıqlayıb - SİYAHI
Cəmiyyət 20:46
“Exit poll” nəticələri açıqlayıb - SİYAHI
Seçkilərə gedən
Cəmiyyət 16:47
Seçkilərə gedən "Musavat" partiyasının qazandıqları - MÜSAHİBƏ/VIDEO
Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər
Cəmiyyət 14:28
Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol