Bakının mərkəzində jurnalist yolda yıxılaraq dünyasını dəyişdi - Fotolar

14:40 | 16.01.2016
Bakının mərkəzində jurnalist yolda yıxılaraq dünyasını dəyişdi - Fotolar

Bakının mərkəzində jurnalist yolda yıxılaraq dünyasını dəyişdi - Fotolar

Bakıda küçədə qəfildən huşunu itirərək yıxılıb dünyasını dəyişən şəxsin kimliyi məlum olub.

ANN.Az Report-a istinadən xəbər verir ki, küçədə dünyasını dəyişən şəxs jurnalist Sabir Mustafayevdir.

O, "Respublika” qəzetinin əməkdaşı imiş. Altmış yaşlı S.Mustafayevin Cəlilabad rayonunda doğulub.

Hadisə yerinə "Respublika” qəzetinin redaktoru da gəlib.

Mərhumun meyiti morqa aparılıb.

13:52

Bakıda küçədə ölüm hadisəsi baş verib.

ANN.Az-ın Report-a istinadən məlumatına görə, günorta saatlarında metronun "Elmlər Akademiyası” stansiyasının qarşısında təxminən 65-70 yaşlı kişi qəfildən huşunu itirərək yıxılıb.

Yaxınlıqda olan adamlar hadisə yerinə təcili tibbi yardım çağırıblar. Lakin həkimlər hadisə yerinə gələndə artıq gec olub.

Yaşlı kişi dünyasını dəyişib.
 



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM